Peşəkar həkimlərimizi tanıyaq! - İmamverdi Qəmbərov 
14.09.2023 09:28

"Həkimlərimizi tanıyaq!" rubrikamızda söz açacağımız Tovuz Rayon Mərkəzi Xəstəxanasının TTTYS-nın baş həkimi  İmamverdi Qənbər oğlu Qəmbərov zəngin iş təcrübəsinə malik peşakar həkimlərimizdən biridir. O, bu günədək mənalı həyatını bütünlüklə şərəfli işinə, müqəddəs peşəsinə, insanların sağlamlığına həsr edib. 

 

O, 5 dekabr 1955-ci ildə Tovuz rayon Əyyublu kəndində anadan olub. 1972-1979-cu illər ərzində Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada internatura keçib.

 

İ.Qəmbərov 1983-1986-cı illərdə Tovuz RMX-nın Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyanda növbətçi həkim, 1987-1988-ci illərdə Tovuz RMX–ın Həkim Əmək Ekspert Komissiyasında komissiya üzvü, 1989-1990-cı illərdə Tovuz RMX–nın TTTYS-da növbətçi həkim vəzifələrində çalışıb. 1990-cı ildən Tovuz TTTYS-da baş həkim kimi fəaliyyətini davam etdirir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır