Əməkdar həkim Etibar Həşimov - "Həkimlərimizi tanıyaq!" rubrikası
13.09.2023 16:07

"Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti qonağı Əməkdar həkim, pediatr Etibar Həşimovdur.

 

O, 1948-ci ildə Lerik rayon Rəzgov kəndində anadan olub. 1966-1972-ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsində təhsil alıb.

 

E.Həşimov 1972-ci ildən Lerik Rayon Mərkəzi Xəstəxanasında baş pediatr kimi fəaliyyət göstərir. 2019-cu ildən Lerik Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Ailə-Sağlamlıq Mərkəzinin şöbə müdiri vəzifəsində çalışır.

 

Həkim mütəmadi olaraq tibbi bilik və bacarıqlarını artırmaq məqsədilə kurs və təlimlərdə iştirak edib, bir çox Fəxri fərman və sertifikatlara layiq görülüb. O, 1976-2001-ci illər ərzində Bakıda və Moskvada təkmilləşmə kurslarında olub.

 

1992-ci ildə ali dərəcəli səhiyyə təşkilatçısı, 2002-ci ildən isə ali dərəcəli pediatr adını qazanıb. Bundan başqa, E.Həşimov 1985-ci ildə “SSRİ səhiyyə əlaçısı”adına, 1990-cı ildə “Bilik” Cəmiyyətinin, 2004-cü ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanlarına layiq görülüb.

 

Həkim pediatriya sahəsi üzrə bir ixtiranın (sirop doktor EVO) və bir kitabın (hipokrat andına sadiqəm) müəllifidir.


2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ona “Əməkdar həkim” fəxri adına layiq görülüb.



Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır