"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
11.09.2023 09:59
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Millətimizin müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bəhs edəcəyimiz Əminə Məmməd qızı Yusifova Qobustan Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərir.
 
O, 5 dekabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə 1 nömrəli Bakı tibb məktəbinə daxil olub, 1990-cı ildə həmin məktəbi qırmızı diplomla bitirib.
 
Əminə Yusifova 1991-1997-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
 
1997-1998-ci illərdə Respublika Uşaq Klinik Xəstəxanasında həkim-intern vəzifəsində çalışıb. 1998-2015-ci illərdə Azfarma dərman sənaye LTD şirkətində bölgə müdiri, daha sonra məhsul meneceri (product manager), 2015-2017-ci illərdə “Altes union” QSC dərman şirkətində məhsul üzrə mütəxəssis, 2017-2023-cü illərdə isə EL Kompaniya MMC dərman şirkətində menecer və həkim-məsləhətçi işləyib. O, hazırda Qobustan Rayon Mərkəzi Xəstəxanasında Ailə həkimi-pediatr kimi fəaliyyətini davam etdirir.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır