Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı təcili tibbi yardım həkimi - Bəylər İmanov
07.09.2023 09:46

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının xəstələrə xüsusi diqqətlə yanaşan, anında həlledici qərarlar verməyi bacaran yüksəkixtisaslı təcili tibbi yardım həkimi Bəylər İmanovu  təqdim edirik.

 

Bəylər həkim 2015-ci ildə Rusiya Federasiyası Şimali Osetiya Dövlət Tibb Akademiyasının Müalicə işi fakültəsini bitirib, 2015-2018-ci illərdə Tver Dövlət Tibb Universitetində Ümumi cərrahiyyə ixtisası üzrə ordinatura keçib.

 

O, əmək fəaliyyətinə 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında Təcili tibbi yardım həkimi kimi başlayıb.

 

Həkim Mərkəzi Gömrük Hospitalında protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması; xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunmasını həyata keçirir.

 

Bəylər İmanov öz üzərində çalışan, işlədiyi sahəyə aid yerli və dünya mətbuatından yenilikləri izləyən və təcrübəsini zənginləşdirən yüksəkixtisaslı həkimdir. O, 2023-cü ildə ABŞ-ın National CPRF Foundation (Milli CPRF Fondu) tərəfindən “Böyüklərdə, uşaqlarda, yenidoğulmuşlarda boğulma hallarında tibbi yardım. Avtomatlaşdırılmış xarici defibrillyasiya (ilk yardım)” kursunu keçərək sertifikat alıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb