Ana südünü artıran QİDALAR
10.09.2023 08:00
Ana südünün istehsalı – laktasiya hormonlarla (estrogen, progestron, prolaktin) idarə olunur. Çox vaxt doğuşdan sonra ilk günlər proses ləng gedir və adama elə gəlir ki, uşaq ac qalır.
 
Aztibb.az xəbər verir ki, Tərtər Rayon Mərkəzi Xəstəxanasının pediatrı Məhbubə Nuriyeva süd artıran qidalar haqqında məlumat verərkən bildirib ki, ana ilk olaraq stresdən uzaq olmalı, gündəlik yuxu rejiminə riayət etməli, həyəcan keçirməməlidir. Pediatr bu faktorların hamısının süd ifrazına təsir edərək onu azalda biləcəyini vurğulayıb.
 
O, süd ifrazının artırılmasına şərait yaradan qida məhsullarının adlarını sadalayıb. Qeyd edib ki, gün ərzində 3-3.5 litr maye qəbul edilməlidir. Bunun ən azı 2.5 litrini su, qalan hissəsini isə şəkərsiz bitki çayları təşkil etməlidir;
 
Yulaf - son illər aparılan çalışmalar göstərdi ki, dəmir defisiti olan analarda süd ifrazının azalması baş verir. Yulaf, eyni zamanda, dəmir qaynağı ilə yanaşı, süd ifrazını da artırmaq xüsusiyyətinə malikdir;
Kök – tərkibində esterogen təsirli fitoestrogen vardır ki, bu da süd kanallarında süd ifrazını artıra bilir. Amma bunu çox istifadə etmək olmaz, çünki körpələrə güclü allergiya vermək qabiliyyətinə malikdir;
Razyana - süd artırmaqla bərabər körpələrdə infantil koliklərdə də yardımçı vasitə kimi istifadə olunur;
Düyü və arpa - tərkibində saxaritin olduğuna görə prolaktin hormonunu yüksəldərək süd ifrazını artırır;
Paxlalı bitkilər - bu bitkilər uşaqlarda infantil kolikin artmasına səbəb olduğu üçün bir qədər ehtiyatla istifadə edilməlidir;
Yaşıl yarpaqlı göyərti və tərəvəzlər: ispanaq, kahı, gül kələmi və s;
Sarımsaq - süd artırıcı xüsusiyyəti olsa da, qaz, allergik problemlərə və bəzən körpələrdə ananın südündən imtina hallarına səbəb olduğundan bir qədər ehtiyatlı olmaq məsləhət görülür;
Qoz, fındıq, badam - allergik vəziyyət nəzərə alınmaqla, gün ərzində 10-12 dənə istifadə edilə bilər;
Çörək otu, küncüt də süd artırmaq xüsusiyyətinə malikdir; Quru halda xurma, tut, əncir süd ifrazını artırır;
Darçın - qidaya əlavə etməklə süd artımına səbəb olur.
 
Məhbubə Nuriyeva vurğulayıb ki, gün ərzində bunlarla yanaşı kofe, yaşıl çay, qazlı sular, kola, fanta, spirtli içki içməkdən, siqaret istifadəsindən çəkinmək lazımdır. Bunlar süd ifrazını azaldır.
 
 
 
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub