Şuşa Rayon Mərkəzi Xəstəxanasında "Heydər Əliyev İli" ilə əlaqədar tədbir keçirilib
31.08.2023 13:13
Şuşa Rayon Mərkəzi Xəstəxanasında "Heydər Əliyev İli" ilə əlaqədar tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə tibb müəssisəsinin direktoru Kəmalə Səfərova Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərdən və görkəmli şəxsiyyətin səhiyyəmizin inkişafı istiqamətində gördüyü işlərdən bəhs edib.
 
Bildirib ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başladı: "1969–cu ilin avqustunda keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə dəyişmək qarşıya vəzifə kimi qoyulmuşdu. Respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü çox qısa bir müddətdə göstərdi. Azərbaycanda hər sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvə ilə çalışmağa başlayan Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyə oldu".
 

Tədbirdə Heydər Əliyevin tibb sahəsinə göstərdiyi diqqət və qayğıdan, səhiyyə sahəsində qanunvericiliklə bağlı misilsiz xidmətlərindən, eləcə də görkəmli dövlət xadiminin tibbi kadrların yetişdirilməsindəki rolundan danışılıb.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub