Tərtər Rayon Mərkəzi Xəstəxanasının Laboratoriya şöbəsi müasir avadanlıqlarla təchiz olunub
02.09.2023 08:06
Laboratoriya xəstəxananın zəruri və ən vacib sahələrindən biridir. TƏBİB-in tabeliyində fəaliyyət göstərən Tərtər Rayon Mərkəzi Xəstəxanasının (RMX) Laboratoriya şöbəsi yenidən qurularaq, müasir avadanlıqlarla təmin olunmuş və vətəndaşların ixtiyarına verilmişdir.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Şəmşir Məmmədovun rəhbərlik etdiyi şöbədə istifadə olunan bütün avadanlıqlar beynəlxalq standartlara uyğundur.
 
Vətəndaşlar tibb müəssisəsinin laborator xidmətlərindən artıq rahat şəkildə istifadə edə bilərlər. Tərtər Rayon Mərkəzi Xəstəxanası vətəndaşlara keyfiyyətli xidmət və analiz nəticələrində dəqiqlik barəsində zəmanət verir. Müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir. Müasir analizatorlarla təchiz olunmuş laboratoriyada daxili nəzarət sistemi də mövcuddur.
 
Laborator müayinələrin nəticəsi əsasında gizli gedişə malik xəstəliklərin aşkarlanması, hər hansı patoloji prosesin olub-olmaması, xəstəliklərin müxtəlif inkişaf və sağalma mərhələlərini kontrol etmək mümkündür.
Aparılacaq analizlər həkim göndərişləri əsasında həyata keçirilir.
 
Gündəlik aparılan müayinələrin hər birinin ayrıca təlimatı hazırlanır və analizlər həmin təlimat əsasında həyata keçirilir. Bundan əlavə hər bir pasiyentə verilən nəticənin düzgünlüyünə əmin olmaq üçün laboratoriyamızda aparılan bütün testlər pasiyentlərə təqdim olunmadan öncə yenidən xüsusi sistem əsasında təkrarən yoxlanılır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır