"ATU-nun Əsaslı Kitabxanasında yeni tətbiqin - kitabxana modulunun hazırlanması üzərində iş aparılır" - Ziyafət Eminova
29.08.2023 09:37

Azərbaycan Tibb Universitetinin (ATU) Əsaslı Kitabxanası dərslikləri, elmi əsərləri, jurnalları, dövri mətbuat və digər məlumat mənbələrini özündə cəmləşdirən zəngin kitabxanadır. Əsaslı Kitabxana yüksəkixtisaslı tibbi kadrların hazırlanması və tələbələrin tədris-metodiki ədəbiyyata olan tələbatının ödənilməsinə xidmət etməklə yanaşı, həm də çap olunmuş kitabları mühafizə edən bir xəzinədir.

 

Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminova Aztibb.az-a müəssisənin fəaliyyəti, strukturu, eləcə də son illər burada aparılan dəyişikliklər haqqında məlumat verib.

 

Direktor bildirib ki, hazırda Əsaslı Kitabxananın fəaliyyəti bütün şöbələrdə mütəşəkkil qaydada təşkil edilib və müasir tələblərə cavab verir: “Bu gün kitabxana yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, elektron resurslarla da zəngindir. Fondların tərkibi oxucu sorğularına uyğun yeni tibbi ədəbiyyatlarla zənginləşdirilir. Belə ki, son illər ərzində rəhbərliyin diqqət və qayğısı nəticəsində kitabxana fondu xeyli genişlənib, müasir avadanlıqlarla təmin olunub, tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzinə çevrilib”.

 

Onun sözlərinə görə, tələbələrin çoxsaylı müraciətlərini nəzərə alan universitet rəhbərliyinin göstərişi ilə 2022-ci ilin may ayından etibarən Əsaslı Kitabxana 24 saat rejimində fəaliyyət göstərir. Hazırda mövcud beynəlxalq elektron nəşrlərin oxuculara təqdim olunması uğurla həyata keçirilir, yeni bir tətbiqin - kitabxana modulunun hazırlanması üzərində iş aparılır. Burada kitabxananın bazasında olan kitabların siyahısı yerləşdiriləcək. Tələbə ona lazım olan kitabı öncədən sifariş verəcək və iki saat ərzində həmin sifarişi götürə biləcək. Bundan başqa, bəzi dərs vəsaitlərinin PDF formatı da var. Tələbələr həm də bu imkandan yararlanacaqlar. PDF formatı olmayan kitablar isə kitabxanadan əldə ediləcək.

 

Z.Eminova qeyd edib ki, elektron kitabxananın yaradılması üzrə işlər davam edir: “İRBİS64+ proqramı əsasında oxucu modulu üzərində iş aparılır. 2022-ci ildə kitabxana fondu cəmi 637 428 olub. Onlardan əsas (elmi) fond 314 205, dərslik 308 490, mübadilə 14 733-dür. Kitabxana fondunun elektron kataloquna 2001 kitab, 1080 qəzet, 4733 jurnal məqalələri daxil edilib. Ötən il kitabxanaya 2504 nüsxə çap məhsulu daxil olub ki, bunlar rəhbərlik tərəfindən alınıb, həmçinin kafedralar, professor-müəllim heyəti, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr tərəfindən hədiyyə olunub və ya mübadilə yolu ilə əldə edilib”.

 

Direktor əlavə edib ki, kitabxanada ilboyu müxtəlif mədəni-kütləvi tədbirlər keçirilir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən ölkəmizin tanınmış elm-mədəniyyət və ədəbiyyat adamlarının yubileyləri qeyd edilir, onların yaradıcılığından bəhs edən kitab sərgiləri təşkil olunur. Eləcə də il ərzində kitabxananın profilinə uyğun mövzu sərgiləri, bütün əlamətdar hadisələr, tarixi günlərlə bağlı tədbirlər keçirilir, yeni dərs vəsaitlərinin təbliği aparılır. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır