İngiltərəni dəhşətə gətirən hadisə: 7 körpəni öldürən tibb bacısı ömürlük həbs cəzasına məhkum edildi
27.08.2023 11:10

İngiltərənin Çester şəhərində xəstəxanada işləyən tibb bacısı Lucy Letby 7 körpəni öldürmək və 6 körpəni isə öldürməyə cəhd etmək ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla bildirir ki, 2015-2016-cı illərdə Chester Xəstəxanasındda 7 körpə ölümü ilə bağlı keçirilən məhkəmə prosesində münsiflər heyəti tərəfindən günahkar bilinən Letby üçün Mançesterdə məhkəmə iclası keçirilib.

 

Hökmü açıqlayan hakim Ceyms Qoss məhkəmədəki çıxışında Letbinin 2015-ci ilin iyun ayından 2016-cı ilin iyun ayına qədər 7 körpəni öldürdüyünü, 6 körpəni öldürməyə cəhd etdiyini bildirib.

 

Letbinin insanlığa və tibb bacısına qarşı davranışının insanların səhiyyə müəssisəsinə olan inamını da zədələdiyini bildirən Qoss deyib: "Zərər verdiyiniz körpələr vaxtından əvvəl doğulub, bəziləri isə ölüm riski altında olub. Amma hər bir halda siz qəsdən öldürmək niyyəti ilə onların həyatına son qoymusuz. Körpələrə zərər vermənin tibb bacısı vəzifənizlə zidd olduğunu qeyd etmişdiniz. Bəli, bu belədir. Ümumiyyətlə, məhkəmə zamanı söylədiyiniz çox şey yalan idi."

 

Qətl və adam öldürməyə cəhd kimi 22 cinayətlə bağlı iddiaları qəbul etməyən Letbi, ölümlərdə xəstəxana şəraitini günahlandırıb.

 

İstintaq çərçivəsində ölən və ya müdaxilələrlə xilas edilən bütün körpələrin Letbinin nəzarətində olduğu ortaya çıxıb. Letbinin körpələrə hava və ya insulin yeritdiyi, onları həddindən artıq qidalandırdığı, küvəzin içərisinə hava verdiyi kimi tətbiqlər etdiyi müəyyənləşib. 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub