DGK-nın Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti və Respublika Sanitariya-Karantin Mərkəzi ilə birgə təlim keçirilib  
26.08.2023 15:00
Son günlər İranda Krım-Konqo hemorragik qızdırmasına yoluxma halları təsdiqlənmişdir. Bununla bağlı xəstəliyin Azərbaycan Respublikasında yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində Səhiyyə Nazirliyi bir sıra tədbirlər keçirir. Dövlət sərhədinə isə sanitariya nəzarəti Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilərək bu sahədə müvafiq qurumlarla sıx əməkdaşlıq edilir.
 
Həyata keçirilən əks-epidemik tədbirlər sırasında DGK Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidmətinin baş müfəttişləri və Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin epidemioloqları ilə birlikdə gömrük sərhəd buraxılış məntəqələrində Krım-Konqo hemorragik qızdırmasının geniş yayıldığı ölkələrdən gələn şəxslər üzərində tibbi nəzarətin gücləndirilməsinə dair təlimlər keçirilib.
 
Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.
 
Təlim zamanı DGK Tibbi Xidmət İdarəsi tərəfindən hazırlanan "Xüsusi Təhlükəli İnfeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"da əks olunan Krım-Konqo hemorragik qızdırmasına aid materialların gömrük əməkdaşlarına çatdırılması, əks-epidemik tədbirlərin həyata keçirilməsi və digər qurumlarla qarşılıqlı məlumat mübadiləsi məsələsinə xüsusi diqqət yetirilmişdir.
 
Maarifləndirici tədbirlərin davamlı olaraq gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilməsi nəzərdə tutulur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb