Naxçıvanda hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbir keçirilib
25.08.2023 12:14

Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov və Poliklinikasının baş həkimi Ləman İbrahimova tədbirdə çıxış edərək yığıncağın keçirilməsinin məqsədindən danışıblar. Qeyd olunub ki, icbari tibbi sığortanın başlıca funksiyası tibb müəssisələrində düzgün hesabatlılığın və şəffaf maliyyə mexanizminin yaradılmasıdır.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Səhiyyə və tibbi statistika şöbəsinin müdiri Aysel Mikayılova və həmin şöbənin Ekspertiza sektorunun baş məsləhətçi-iqtisadi eksperti Qadir Rəfiyev 2023-cü ilin 6 ayı ərzində poliklinika tərəfindən göndərilən hesabatlarda Agentlik tərəfindən sığorta ödənişindən imtina və ya sığorta ödənişinin qismən verilməsinin səbəblərini, tələb olunan maliyyə vəsaitlərinin tibb müəssisəsinə nə üçün azaldılaraq ödənildiyini tibb işçilərinin nəzərinə çatdırıblar.

 

Tədbir diskussiya ətrafında davam etdirilib və Agentliyin əməkdaşları həkimləri maraqlandıran məqamlara aydınlıq gətiriblər. Qeyd olunib ki, tibb işçilərinin tam məlumatlanması və hesabatlarda olan nöqsanların tamamilə aradan qaldırılması məqsədilə növbəti günlərdə Agentliyin əməkdaşları tərəfindən fərdi təlimlərin keçirilməsi nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır