Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları “Horizon Avropa” proqramı üzrə məlumatlandırılıb
24.08.2023 15:00

“Horizon Avropa” Tədqiqat və İnnovasiya Proqramının Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvləri tərəfindən növbəti məlumat günü Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları üçün onlayn formatda təşkil edilib.

 

Bu barədə Aztibb.az-a AMEA-dan məlumat verilib.

 

Tədbirdə İqlim, Enerji və Mobillik klasteri üzrə MƏŞ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov, Avropa Tədqiqatları Mərkəzi və COST Fəaliyyəti üzrə MƏŞ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov və Ərzaq, Bioiqtisadiyyat, Təbii ehtiyatlar, Kənd təsərrüfatı və Ətraf mühit klasteri üzrə MƏŞ, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev iştirak edib.

 

Görüşü giriş sözü ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin müdiri Qumru Hüseynova açaraq qurumun fəaliyyət istiqamətləri ilə əlaqəli məlumat verib.

 

R.Kərimov “Horizon Avropa” proqramının məqsəd və vəzifələri, klasterləri, onların istiqamətləri və əhatə dairələrini təqdim edib. Məruzəçi MƏŞ Şəbəkəsinin fəaliyyəti, onun üzvləri ilə əlaqəli məlumatı iştirakçıların diqqətinə çatdırıb. O, iqlim dəyişiklikləri üzrə hazırda açıq olan və açılacaq çağırışlar üzrə araşdırmalara dair praktik təqdimat edib. Həmçinin proqram çərçivəsində iştirakçısı olduğu layihə haqqında məlumat verib və təcrübəsini iştirakçılarla bölüşüb.

 

İ.Hümbətov Avropa Komissiyasının proqramlarından olan COST Fəaliyyəti, portal üzərindən qeydiyyat, layihələrin müəyyənləşdirilməsi və onlara qoşulmaq qaydaları, tərəfdaşlarla əlaqələrin yaradılması üzrə əyani təqdimat edib. Məruzəçi Azərbaycan mütəxəssislərinin bu proqram üzrə nailiyyət statistikasını iştirakçıların diqqətinə çatdırıb.

 

F.Seyfullayev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətlərini əhatə edən çağırışlar, onların məqsədləri, gözlənilən nəticələri və maliyyə imkanları haqqında məlumat verib. Məruzəçi 2023-2024-cü illər üzrə İşçi proqram üzrə araşdırılmaların aparılması, çağırışların müəyyənlədirilməsi, layihə təkliflərinin hazırlanması üzrə təqdimat edib.

 

Məruzələr ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır