Mövsümi xəstəliklərdən qorunmaq üçün nə etməli? - Terapevt AÇIQLADI
21.08.2023 14:04
Hər mövsümün havası bütün insanlar üçün eyni dərəcədə təsir göstərmir. Xüsusən də yay fəslində temperaturun yüksəlməsi ilə əlaqədar bir sıra mövsümi xəstəliklər artır.
 
Kəskin respirator xəstəliklər, həmçinin xroniki bronxitlərin kəskinləşməsi qeydə alınır ki, bu kimi müraciətlərə də son zamanlar daha çox rast gəlinir.
 
Aztibb.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Zığ Sağlamlıq Mərkəzinin həkim-terapevti Nuranə İsabalayevanın sözlərinə görə, yay fəslində daha çox günəş şüalarının təsirindən allergik dermatitlər formasında üzə çıxan dəri xəstəliklərinə rast gəlinir. Vətəndaşlar əksər hallarda dəniz kənarında dincələrkən ultrabənövşəyi şüalardan qoruyan vasitələrdən (günəş kremlərindən və s.) istifadə etmir. Nəticədə isə xəstəliklər özünü həm dəri yanıqları şəklində, həm də həssas dərilərdə allergik formada dəri töküntüləri ilə büruzə verir. Bununla yanaşı, ürəyin işemik xəstəliklərinə də çox rast gəlinir. Qızmar hava müşahidə edilən zaman nə qədər çox su içilsə də, orqanizmdən maye ifrazı artdığı üçün tromb əmələ gəlməyə meyilliliyin artması müşahidə edilə bilər. Bəzi hallarda aşağı ətraf venalarının isti havanın təsirindən genəlməsi səbəbi ilə arterial təzyiqin qeyri-stabil olması, çox zaman isə düşməsi baş verə bilər.
 
Həkim-terapevt qeyd edib ki, yay mövsümündə bir çoxları soyuq və hətta buzlu içkilərə, eyni zamanda, daimi olaraq kondisioner işləyən otaqlarda oturmağa üstünlük verir. Bu zaman kəskin respirator xəstəliklər, həmçinin xroniki bronxitlərin kəskinləşməsi qeydə alınır ki, bu kimi müraciətlərin də sayı son zamanlar daha da artmaqdadır:
 
“Dənizdə və sahildə səhər erkən, həmçinin axşam saatlarında suya girən şəxslərdə sidik yollarının infeksiyalarının bir qədər artdığını görürük. Bundan əlavə, istər uşaqlar, istərsə də böyüklər arasında ən çox rast gəlinən və həm infeksion, həm də dispeptik (həzm pozulmaları) şəkildə özünü büruzə verən mədə-bağırsaq xəstəlikləri də müşahidə edilir. Böyüklərdə bu xəstəliklərə daha çox həzm pozulmaları formasında rast gəlinir. Bunlar həm soyuqdəymələrdən, həm də doğru şəraitdə saxlanılmayan qidaların (məsələn, dənizə gedərkən istifadə edilən çörəkarası məhsulların, eyni zamanda hisə verilmiş və xüsusi formada qablaşdırılmayan kolbasa və sosislərin uzun müddət günəş şüalarına məruz qalması) istifadəsindən irəli gəlir. Uşaqlarda isə mədə-bağırsaq xəstəlikləri daha çox infeksiya formasında müşahidə edilir. Doğru yuyulmayan, bəzən isə yuyulduqdan sonra həşərat və böcəklərin olduğu yerdə saxlanılan qidalar uşaqlarda infeksion formada müşahidə edilən mədə-bağırsaq xəstəlikləri yaradır”.
 
Nuranə İsabalayeva vətəndaşlara müraciət edərək mövsümi xəstəliklərdən qorunmaq üçün öz tövsiyələrini verib. Bildirib ki, vətəndaşlar havanın isti keçdiyi günlərdə mümkün qədər günəş şüalarından qorunsunlar, otaq şəraitində daha çox qalsınlar, maye miqdarını və digər qidaları düzgün tənzimləsinlər, daha çox pambıq və kətan tərkibli geyimlərdən istifadə etsinlər ki, orqanizmdə hansısa xəstəlik formalaşmasın. Əks halda, mövsümi xarakterli yaranan xəstəliklər sonrakı dövrlərdə daha da inkişaf edərək müalicəsi çətinləşən xəstəliklərə çevrilə bilər. Səhhətində istənilən problemlə qarşılaşan vətəndaşlarımıza müraciət edirik ki, mütləq şəkildə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinin həkim-mütəxəssislərinə üz tutsunlar. Yalnız bu zaman istənilən xəstəliyi vaxtında aşkarlamaq və inkişafının qarşısını almaq olar.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub