Sumqayıt Tibb Mərkəzində yeni təyinatlar olub
17.08.2023 14:15

Həkim-cərrahlar Əşrəf Qafarov və Fəqan Zalov Sumqayıt Tibb Mərkəzində (STM) fəaliyyətə başlayıblar.

 

Bu barədə Aztibb.az-a STM-dən xəbər verilib.


Bildirilib ki, Ə.Qafarov 1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə Bakı şəhər Kliniki Tibb Mərkəzi Xəstəxanasında cərrahi xəstəliklər üzrə internatura keçib. 1986-1989-cu illərdə Ucar rayonu Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsində həkim-cərrah, 1990-1997-ci illərdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Endokrin cərrahiyyə şöbəsində elmi işçi-cərrah, 2019-cu-ildə isə Yevlax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində həkim-cərrah vəzifələrində çalışıb. O, Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Xəstəxanasında həkim-cərrah kimi fəaliyyət göstərəcək.

 

Mütəxəssis, ümumi cərrah Fəqan Zalov isə Sumqayıt Tibb Mərkəzinin 4 nömrəli Xəstəxanasında cərrah vəzifəsinə təyinat alıb.

 

O, 1990-cı ildə Ağcabədi rayonunda anadan olub.
2008-2014-cü illərdə Azərbaycan Tibb Unıversitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 2011-2013-cü illərdə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında işləyib. 2019-2020- cü illərdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində cərrah, 2020-ci ildə Sumqayıtda özəl klinikalardan birində ümumi cərrah, 2021-2023-cü illərdə isə Respublika Klinik Xəstəxanasında həkim-cərrah kimi çalışıb.



ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır