“İlan və digər heyvanların zəhəri ilə intoksikasiya, diaqnostika, ilk yardım və müalicə” adlı vebinar keçirilib
16.08.2023 16:53

Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə “İlan və digər heyvanların zəhəri ilə intoksikasiya diaqnostika, ilk yardım və müalicə” mövzusunda vebinar keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, "ZOOM" platforması üzərindən təşkil olun vebinarın işinə TƏBİB-in tabeliyində fəaliyyət göstərən 100-ə yaxın müxtəlif tibb müəssisələrindən tibb işçiləri qoşulub.

 

Vebinarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev “İlan və digər heyvanların zəhəri ilə intoksikasiya, diaqnostika, ilk yardım və müalicə” mövzusunda təqdimatla çıxış edib.

 

İsmayıl Əfəndiyev vebinar iştirakçılarına ilan, əqrəb, hörümçək, həşərat və digər sancmaların diaqnostikası və müalicəsi ilə bağlı real praktiki hadisələrə əsaslanan təcrübəsi, o cümlədən ilan və digər həşəratlar sancmaları ilə əlaqəli statistik rəqəmlər, kritik klinik hallar, ilan sancmaları zamanı ilk yardımın göstərilməsi barədə ətraflı məlumat verib.

 

Vebinarın sonunda İsmayıl həkim dinləyiciləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

 

TƏBİB-in Davamlı tibbi inkişaf şöbəsinin müdiri Emil İsgəndərov yay aylarında aktual olan mövzuda maraqlı və faydalı çıxışa görə İsmayıl Əfəndiyevə təşəkkürünü bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub