Psixi sağlamlıq xidmətlərinin inkişafına dəstək məqsədilə təlimlər təşkil edilib
17.08.2023 07:57

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ofisi və TƏBİB ilə birgə Ağcabədi, Ağdam, Bərdə, Tərtər və Füzuli rayonlarında ictimai kampaniya, təlim və superviziyalar təşkil edib.

 

ÜST-nin Azərbaycan Nümayəndəliyindən Aztibb.az-a bildirilib ki, ilkin səhiyyə xidməti göstərən 70 nəfər tibb heyəti üçün mhGAP üzrə yerli təlimçilər və ÜST-ün beynəlxalq konsultantı Psixi Sağlamlıq üzrə mütəxəssislər tərəfindən “mhGAP” (psixi sağlamlıq sahəsində boşluqları aradan götürmək ücün tədbirlər planı) üzrə təlimlər və fərdi superviziyalar təşkil edilib.

 

Təlimlər zamanı iştirakçılara depressiya, təşviş pozuntuları, posttravmatik stres pozuntusu və stres kimi psixi sağlamlıq pozuntuları, həmçinin onları müəyyən etmək, idarə etmək və yönləndirmək haqqında məlumat verilib. Məlumatların mənimsənilməsi və praktiki bacarıqların artırılması məqsədilə simulyasiyalar və qrup işləri təşkil olunub. Fərdi superviziyalar zamanı isə təlim almış həkimlərin praktikada mhGAP proqramının tətbiqindəki üstünlüklər və çətinliklər barəsində müzakirələr aparılaraq istiqamətləndirilib.

 

Həmçinin qeyd edilən 5 rayonda layihə çərçivəsində psixososial dəstəyin təməl prinsipləri üzrə cari ilin mart ayında ÜST-nin Azərbaycandakı Ofisinin mütəxəssislərindən təlim almış TƏBİB-in həssas əhali qrupları ilə iş üzrə koordinatorları üçün superviziyalar da həyata keçirilib. Superviziyalar zamanı koordinatorlarla müraciətçilərin ehtiyaclarının müəyyənləşdirilməsi və müvafiq olaraq yönləndirilməsinin sistemləşdirilməsi haqqında müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub