TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək
16.08.2023 15:43

Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında yekun sənəd - Birgə Bəyannamə qəbul edilib.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi öz əksini tapıb. Həmçinin, yoluxucu xəstəliklərlə mübarizə üzrə TDT-nin birgə Fəaliyyət Planı layihəsinin hazırlanması, Təşkilat çərçivəsində dərman vasitələrinin və tibbi texnikanın birgə istehsalı imkanlarının nəzərdən keçirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən tibb sahəsində verilmiş diplomların qarşılıqlı tanınması daxil edilib. Bundan əlavə, Bəyannamə TDT-yə üzv və müşahidəçi dövlətlərin iştirakı ilə sağlamlıq turizmi sahəsində birgə şəbəkənin yaradılması, Vahid Tibb Məlumat Lüğətinin hazırlanması və digər məsələləri də əhatə edir.

 

Həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi məkanla bağlı bir sıra təkliflər daxil olub. Baş katib Kubanıçbek Ömüralıyev Səmərqənd Bəyannaməsinə əsasən TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Azərbaycanın Şuşa şəhərində keçiriləcəyini elan edib. Kubanıçbek Ömüralıyev tədbirin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşada uğurla keçiriləcəyinə əminliyini də bildirib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub