Qazlı içkilərin orqanizmə zərərləri
17.10.2020 22:09

Son dövrlər qazlı içkilərə tələbat artmaqdadır. Lakin toksik təsirə malik bu içkilər insan orqanizmində bəzi fəsadlar yarada bilər.

 

Mütəxəssislər qazlı içkilərin tərkibində olan şəkər, kalori və müxtəlif qatqı maddələri ilə bağlı araşdırma aparıblar. Tədqiqatlar zamanı bu içkilərdən mütəmadi istifadə edən adamlarda osteoparoz, ağız boşluğu, həzm sistemi, piylənmə və ürək xəstəliklərinin meydana gəldiyi məlum olub.


Qazlı içkilərdən istifadə edənlərdə bu içkilərə qarşı asılılıq yaranır. Bu içkilər orqanizmdə aşağıdakı patologiyaların əmələ gəlməsinə səbəb olur.

 

  • Qazlı içkilər kalsiumun orqanizm tərəfindən mənimsənilməsini azaldır;

 

  • Mədə turşuluğunu azaldaraq həzmin getməsini ləngidir;

 

  • Sümük sistemi xəstəliklərinin əmələ gəlməsinə səbəb olur;

 

  • Tərkibindəki şəkər orqanizmdə daha artıq insulinin olmasını tələb edir;

 

  • Arterial təzyiqin artmasına səbəb olur;

 

  •  Metabolozmi zəiflədir;

 

  • Endokrin sistemə mənfi təsir göstərir, şəkərli diabetə səbəb ola bilir.;

 

  • Tərkibindəki kofein sayəsində böyrəküstü vəzlərin fəaliyyətinə birbaşa mənfi təsir edir.

 

Qazlı içkilərə olan meyillilik orqanizmə pis təsir etdiyindən ondan ən çox azyaşlı uşaqların və gənclərin uzaq durması məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır