İmişlidə “Qeyri-sağlam qidalanmanın fəsadları” adlı maarifləndirici tədbir keçirilib
15.08.2023 13:06

“İmişli Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də “Qeyri-sağlam qidalanmanın fəsadları” adlı maarifləndirici tədbir təşkil olunub.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisənin rəhbərliyi və həkim kollektivi iştirak ediblər.

 

Bildirilib ki, qeyri-düzgün və nizamsız qidalanma nəticəsində insanlar çəki problemləri ilə qarşılaşırlar ki, bu da ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma piylənmənin inkişaf etməsində əsas rol oynayır.

 

Qeyd olunub ki, piylənməyə bir çox faktorlar səbəb ola bilər. Onların arasında həddindən artıq və qeyri-düzgün qidalanma ilə yanaşı, fiziki aktivliyin az olması daha geniş yayılmış amildir. Belə ki, qəbul edilən qida payının verdiyi enerji sərf edilən enerjidən çox olduqda piylənməyə yol açır. Xüsusən uşaqlarda sağlam vərdişləri inkişaf etdirmək, onlara zövq verən fiziki aktivliyi yüksəltmək vacibdir və bunun üçün hamılıqla dəstək və fəal olmaq lazımdır.

 

Diqqətə çatdırılıb ki, mütəmadi fiziki aktivlik ürək-damar xəstəlikləri, II tip şəkərli diabet, bir sıra xərçəng xəstəlikləri, piylənmə, depressiya və sümüklərin kövrəkləşməsinin qarşısını alır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır