"Dahi təbiblər" rubrikası: Azərbaycan cərrahı Hüseyn Əliyev
14.08.2023 10:39

"Dahi təbiblər" rubrikasında Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar həkimi və Əməkdar elm xadimi Hüseyn Kərim oğlu Əliyev haqqında məlumatları təqdim edirik.

 

O, 11 avqust 1897-ci ildə Kəlbəcərin Qoturlu kəndində anadan olub. 1918-ci ildə seminariyanı qızıl medalla bitirərək Fəhlə-Kəndli Qırmızı Ordu və Dəniz Donanması Hərbi-Tibb Akademiyasına qəbul olub, 1926-cı ildə təhsilini başa vurub. Hələ 5-ci kursda təhsil alarkən elmi tədqiqat işlərinə başlayan Hüseyn Əliyev “Aqlyutinemlərin absorbiyası yolu ilə qanın qrupunun təyini” mövzusunda ilk elmi tədqiqat işini yazıb. Elə həmin ildə Qafqaz Qırmızı Bayraqlı Ordusunda işə qəbul edilib və Bakı Hərbi Hospitalında Şöbə rəisi vəzifəsini icra etməyə başlayıb.

 

Hüseyn Əliyev 1937-ci ildə “Öd kisəsi və öd yolları patologiyası” doktorluq dissertasiyasını müdafiə edib. 1939-cu ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Ümumi cərrahiyyə kafedrasına müdir təyin edilib və 28 il bu vəzifədə çalışıb. 1967-ci ildə o, yenidən 2-ci hospital cərrahiyyə kafedrasına müdir təyin olunub.

“Qırmızı Əmək Bayrağı” ordeni, “Qızıl Ulduz” ordeni, “Səhiyyə əlaçısı” döş nişanı və müxtəlif medallarla təltif olunub.


Görkəmli cərrah Əliyev Hüseyn Kərim oğlu 31 iyun 1973-cü ildə Bakı şəhərində vəfat edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev