“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi üzrə II Forum” keçirilib
12.08.2023 14:17

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Könüllü gömrükçü” dəstəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi üzrə II Forum” keçirilib.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından məlumat verilib.

 

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. O, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi tərəfindən gənclərin tibbi maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. İ.Əfəndiyev gəncləri Forum zamanı aktiv olmağa dəvət edib və tədbirin işinə uğurlar arzulayıb.

 

Forumun rəsmi açılış hissəsində, eyni zamanda Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin Sosial İnnovasiyalar şöbəsinin rəisi Pərvin Məmmədov və Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev də çıxış ediblər. Onlar ənənəvi olaraq hər il keçirilən Forumun gənclərin sağlamlığının qorunması və maarifləndirilməsi istiqamətində vacib əhəmiyyətə malik olduğunu vurğulayıb və Tibbi Xidmət İdarəsinin rəhbərliyinə bu təşəbbüsə görə təşəkkür ediblər.

 

Rəsmi hissədən sonra dosent İsmayıl Əfəndiyev “Narkotiklərdən sui istifadə: müasir dövrün aktual problemi və onun qlobal təhlükəsi”, Tibbi Xidmət İdarəsinin elmi-təcrübi və tədris mütəxəssisi Şəhla Mirzəzadə “Sağlamlıq üçün öldürücü təhlükə-tütünçəkmə”, Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva “Sağlam həyat tərzi üçün hansı gigiyenik tədbirlər vacibdir: Yoluxma yoluna görə ehtiyat tədbirləri”, Mərkəzi Gömrük Hospitalının fizioterapevti Səidə Kərimova “Sağlam həyat tərzində fiziki aktivliyin rolu və əhəmiyyəti”, Mərkəzi Gömrük Hospitalının dietoloqu Məlahət Kərimova “Sağlam qidalanma necə olmalıdır?” və Mərkəzi Gömrük Hospitalının psixiatrı Gülay Məmmədzadə “Z-nəslinin psixi sağlamlığının qorunması: streslə necə mübarizə aparaq?” mövzusunda təqdimatlarla çıxış ediblər.

 

Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzinin təbliği istiqamətində gənclər üçün zəruri olan mövzuların təqdimatından sonra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin mütəxəssisləri və Mərkəzi Gömrük Hospitalının həkimləri müxtəlif könüllü təşkilatlarının könüllüləri və “Könüllü gömrükçü” dəstəsinin üzvləri tərəfindən verilən sualları cavablandırıblar.

 

Tədbirin sonunda müzakirələrdə fəal iştirak edən könüllü gömrükçü Amin Bağırova və turizm könüllüsü Kəmalə Əhmədzadəyə xatirə hədiyyələri təqdim edilib.

 

Müzakirələr və sual-cavab sesiyaları vasitəsilə 100-ə yaxın könüllünün iştirakı ilə interaktiv şəklində həyata keçirilmiş Forum könüllülərə sertifikatların təqdim edilməsi və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində 
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib