Prezidentin sərəncamları ilə təltif edilən AQTA və AQTİ əməkdaşlarına mükafatları təqdim olunub
12.08.2023 08:55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 6 iyun və 22 iyun tarixli müvafiq sərəncamlarına əsasən, qida təhlükəsizliyi sahəsində və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə əlaqədar “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşlarına mükafatları təqdim olunub.

 

Agentlikdən Aztibb.az-a verilən xəbərə görə, AQTA sədri Qoşqar Təhməzli əməkdaşlara medalları təqdim edib.

 

Q.Təhməzli bildirib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması və bu istiqamətdə nəzarət sisteminin daha da təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Agentlik sədri əməkdaşlara bu vacib və məsuliyyətli işdə səmərəli xidmət göstərdiklərinə görə təşəkkür edib və bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv