"İstivurma və günvurma" mövzusunda maarifləndirici təlimlər keçirilib
11.08.2023 12:44

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, hava temperaturunun bəzi yerlərdə 42-44 dərəcəyədək artacağı gözlənilir. Bu səbəbdən günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə zərurət olmadan açıq havada çox qalmamaq, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən xəbərə görə, bu məqsədlə Tovuz, Astara və Xaçmaz Gömrük İdarələrinə təhkim olunmuş Sanitar-Karantin Xidmətinin baş müfəttişləri Müşfiq Qəhrəmanov, İxtiyar Muxtarov və Əli Məmmədov tərəfindən gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları və açıq havada xidmət aparan digər işçi heyətə maarifləndirici təlimlər keçirilib.

 

Təlimlər istivurma və günvurmanın əlamətləri, profilaktik tədbirlər və həkiməqədər ilk yardım göstərilməsinə dair "İstivurma və günvurma" mövzusuna həsr olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev