"Varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir" - Uzman uroloq
12.08.2023 08:11

Sonsuzluq günümüzdә getdikcә yayılan bir problemdir. Kişiyə bağlı olan sonsuzluğun bir çox fərqli səbəbləri ola bilər. Genetik problemlər, doğum zamanı yaranan anormallıqlar, hormonal səbəblər, kimyəvi faktorlar, iltihaba bağlı xəstəliklər, varikosel və cərrahi əməliyyatlar sonsuzluq səbəblərinin önündə gəlir.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Samir Ağalarov bildirib.

 

Onun sözlərinə görə, qidalanma vərdişləri və həyat tərzi də kişi sonsuzluğunun yaranmasında əhəmiyyətli rol oynayır. Siqaret və spirtli içki qəbulu, əzələ inkişaf etdirən dərmanlar, çox isti şəraitdə və ya kimyəvi maddəyə məruz qalınan iş şəraiti və artıq çəki də sonsuzluğa səbəb ola bilər.

 

S.Ağalarov qeyd edib ki, varikosel kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Varikosel (kişilərdə xaya damar genişlənməsi) spermaztozoidlərin aktivlik faizini aşağı salır. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir və nəticədə spermatogenezi dayandırır. Varikosel uzun müddət davam etdikcə, mənfi təsiri də bir o qədər böyük olur, bunu nəzərə alaraq varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasiyentlərin qısa zaman içərisində müalicə olunmaları tövsiyə olunur. Varikosel, kişilərdə ən çox qarşılaşdığımız və mikroskopik cərrahiyyə ilə müvəffəqiyyətli nəticələr aldığımız sonsuzluq səbəbidir. Hətta iseminasiya planlanan cütlükdə varikoselin olması mayalanma qabiliyyətini azaldır.

 

Həkim bildirib ki, varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun artması və toksik maddələrin artması səbəbindən spermatogenezin pozulmasına sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xaya ətrafı nahiyədə ağrı olur.

 

"Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T-nin (testosteron) miqdarının dəyişməsinə diqqət yetirilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Əllə müayinə edilən bütün varikosellər müalicə edilməməlidir. Söylənilən halların kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicəyə göstərişdir", - deyə uzman uroloq əlavə edib.

 

Onun sözlərinə görə, varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsulladır. Bu günə qədər bir neçə cərrahi üsullardan istifadə edilmişdir, lakin son illərdə dünyanın qəbul etdiyi yalnız mikroskopik cərrahiyyədir, mikroskopik əməliyyat 99%-ə qədər effektlidir. Varikosel mikrocərrahiyə təcrübəsi olan uroloq-androloq tərəfindən aparılmalıdır:

 

"Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay sonra olur".

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən 3 günlük körpə sağlamlığına qovuşub
Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub