Rəşad Mahmudov: "Sünnətdən öncə uşağın anadangəlmə hipospadias qüsurunun olub-olmadığı müəyyənləşdirilməlidir"
11.08.2023 09:44

Tədqiqatlar göstərir ki, həyatının ilk ilində, sünnət olunmamış oğlan uşaqları arasında sidik yolları infeksiyasının əmələgəlmə ehtimalı sünnət olunmuş oğlan uşaqları ilə müqayisədə 10 qat daha yüksəkdir. Sünnət dərisi iltihabi dəri xəstəliklərinin yaranmasına da əlverişli şərait yaradır. Belə ki, balanit, balanopostit, fimoz, parafimoz kimi problemlər sünnətsiz uşaqlarda daha çox müşahidə olunur. Sünnət prosesini başa vurmuş, cinsi aktivlik yaşına çatan kişilərdə isə QİÇS, HPV, Sifiliz, Herpes kimi cinsi yolla keçən xəstəliklərə yoluxma riski sünnətsizlərə nisbətən az olur. Sünnət kişilərdə cinsiyyət orqanının xərçəngi riskini azaldır.

 

Aztibb.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d. Rəşad Mahmudov məlumat verib.

 

Həkim bildirib ki, sünnət faydalıdır, amma sünnət üçün ən əhəmiyyətli məsələ odur ki, sünnət əməliyyatı cərrahi prinsiplərə əməl edilərək təcrübəli həkim tərəfindən yerinə yetirilməlidir: "Son vaxtlar oğlan uşaqlarında sünnət əməliyyatından sonra fəsadlar müşahidə edilib, bununla bağlı valideynlər həkimləri günahlandırırlar və qınayırlar. İlk növbədə, qeyd etmək istəyirəm ki, normal kişi cinsi orqanında icra olunan sünnət əməliyyatlarında sidik kanalı ilə əlaqəli heç bir mərhələ yoxdur".

 

Onun sözlərinə görə, bəzi anadangəlmə qüsurlarda (hipospadias - peyğəmbər sünnətli) vəziyyət fərqli olur. Onlarda normal uşaqlardan fərqli olaraq sidik kanalı yerində olmayıb, patoloji olaraq fərqli yerə açılmaqdadır. Bu əməliyyata isə sünnət deyilmir. Hipospadias əməliyyatlarının ağırlığından asılı olaraq 3-7 faiz ağırlaşma ehtimalı olduğu bütün ölkələrdə, hətta Amerikada belə mövcuddur. Yəni, riyazi hesabla hər 100 qüsurlu uşaqdan ötrü 7 amerikalı həkim kütləvi ictimai təhqirə və qınağa məruz qalmalıdır.

 

"Sünnətdən öncə uşağın anadangəlmə hipospadias qüsuru olub-olmadığını müəyyənləşdirmək, bu barədə onun valideynlərinə məlumat vermək mütləqdir. Belə olmayanda əməliyyatı icra edən həkimlər qınaq obyektinə çevrilir. Bu barədə ekspertlər insanlar arasında maarifləndirmə işi aparmalı, anadangəlmə qüsurlu uşaqların valideynlərinə sünnət haqqında bilgilər verilməlidir", - deyə R.Mahmudov bildirib.



 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev