"Yeni Klinika"da İTS daxilində ilk dəfə kranioplastika əməliyyatı icra olunub
10.08.2023 19:36

"Yeni Klinika” tibb müəssisəsində ilk dəfə olaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində kranioplastika (kəllə sümüyünün bərpası) əməliyyatı icra olunub.

 

Klinikadan Aztibb.az-a bildirilib ki, 3 ay öncə danışma pozğunluğu, sağ tərəfdə hemiparez ilə təcili yardıma müraciət edən 65 yaşlı kişi xəstənin kranial MRT müayinəsində sol tərəfdə geniş işemik infarkt və ödəm müəyyən olunmuşdur.

 

Təcili olaraq neyrocərrahlar uzman həkimlər Tural Əhmədov və Orxan Hacıyev tərəfindən dekompresif kraniektomi əməliyyatı icra olunan xəstə reanimasiyadakı müalicəsi tamamlandıqdan sonra reabilitasiya mərkəzinə göndərilmişdir.

 

3 ay sonra isə yenidən Tural Əhmədov və Orxan Hacıyev tərəfindən xəstəyə öz sümük qrefti yerinə qoyularaq kranioplastika əməliyyatı icra edildi.

 

Uğurlu əməliyyatdan sonra xəstə təkrar müalicə üçün reabilitasiya mərkəzinə göndərilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev