ATU-nun nümayəndəsi Çində beynəlxalq tədbirlərdə iştirak edib  
10.08.2023 15:31

Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Patoloji anatomiya kafedrasının müdir müavini, dosent Müşfiq Orucov Çin Xalq Respublikasında səfərdə olub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Şenyan şəhərində yerləşən Çin Tibb Universitetinin əsas təşkilatçılığı ilə keçirilmiş “Bir kəmər, bir yol” Beynəlxalq Tibb Təhsili Alyansının (BRIMEA) İdarə Heyətinin iclasında, BRIMEA-2023 təhsil konfransında və Çin Tibb Universiteti-FAIMER Regional İnstitutunun 10 illik yubiley tədbirində iştirak edib. İdarə Heyətinin iclasında alyansın ötən ildə gördüyü işlər barədə hesabat dinlənilib və yeni üzvlərin qəbulu həyata keçirilib.

 

Təhsil konfransında Çinin müxtəlif əyalətlərinin tibb universitetlərinin nümayəndələri ilə yanaşı, ABŞ, Türkiyə, Cənubi Afrika Respublikası, Filippin, Qazaxıstan, Qırğızıstan, Pakistan və Belarusdan olan tibb təhsili ekspertlərinin ümumən 17 çıxışı təqdim edilib.

 

Səfər çərçivəsində Müşfiq Orucov Çin Tibb Universitetinin prezidenti, professor Wang Zhenning tərəfindən qəbul edilib.

 

M.Orucov Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin salamlarını və konfransla bağlı təbriklərini çatdırıb, universitetlərimizin BRIMEA çərçivəsində əməkdaşlığının əhəmiyyətini qeyd edib. Professor W.Zhenning ATU-nun tibb təhsili üzrə belə bir nüfuzlu beynəlxalq tədbirdə təmsil olunmasından məmnunluğunu ifadə edib, alyans daxilində olan tibb təhsili müəssisələrinin qarşılıqlı əməkdaşlıq perspektivlərindən danışıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır