"Qadınlarda uşaqlıq yolu şişləri təsadüfi müayinələr nəticəsində aşkar edilir" - Ginekoloq
11.08.2023 09:21

Qadınlarda uşaqlıq yolu şişləri əlamətsiz keçdiyinə görə onları yalnız təsadüfi müayinələr nəticəsində aşkar etmək mümkündür.

 

Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 20 nömrəli Şəhər Poliklinikasının həkim-ginekoloqu Esmira İsmayılovanın sözlərinə görə, bu baxımdan ilkin səhiyyə xidməti müəssisələrinə daha çox gənc qadınlar müraciət edir. 

 

Həkim bildirib ki, uşaqlıq yolu şişləri daha çox simptomsuz keçdiyi üçün zamanla şişlər böyüyüb irinlədikdə, sidik kisəsi və ya düz bağırsağın funksiyası pozulduqdan sonra xəbərdar olurlar. Bu ən çox gənc qadınlarda müşahidə olunur, onlarda yumurtalıq artımının boylama axacaqlarında, embrional toxuma qalıqlarında inkişaf edir. 

 

Ginekoloq əlavə edib ki, ilkin müayinələr zamanı uşaqlıq boyunun fibromioması ayaqcıq və ya onun enli əsası üzərində olmaqla tək düyün şəklində də rast gəlinir: "Biz ancaq palpasiya zamanı ağrılı və ya bərk kütləni əlimizin altında hiss edərək onu aşkarlayırıq”.

 

E.İsmayılova onu da bildirib, uşaqlıq yolu şişləri aşkar edilən xəstə mütləq həkim-onkoloqun müayinəsinə göndərilir. Xoşxassəli şişlər isə həkim onkoloq - cərraha yönəldilir, həmin şişlər cərrahi yolla götürülür:

 

“Uşaqlıq yolu xərçəngönü xəstəliklərinə eritroplagiyaları, leykoplagiyaları, displaziyaları aid etmək olar. Uşaqlıq yolunun bədxassəli şişlərinə isə xərçəng və sarkoma aid edilir. Vaxtında aşkar edildikdən və düzgün diaqnoz qoyulduqdan sonra həkim-onkoloq da xəstə üzərində lazımi müayinələrini aparır və müvafiq müalicə metodları tətbiq olunur. Xəstəliyin müalicəsi Onkologiya Mərkəzlərində aparılır”.

 

Həkim-ginekoloq qeyd edib ki, bura həmçinin, uşaqlıq boynu da aiddir, orada da müəyyən şişlər ola bilir. Uşaqlıq yolunda şişlər olduqda bəzi simptomlar müşahidə olunur. Uşaqlıq yolunun dibində, qarnın aşağı hissəsində diskomfort və ağrı hissi meydana gəlir, qanlı ifrazatlar, səpkilər ola bilir. Qarnın aşağı hissəsində, düz bağırsaqda, omba nahiyəsində müşahidə olunan ağrılar orda şişin olmasından və böyüməsindən asılı olaraq şiddətlənə bilər.

 

Mütəxəssis vurğulayıb ki, erkən mərhələdə simptomlar çox az nəzərə çarpır, şiş böyüdükcə parçalanıb, xərçəngə çevrilmək ehtimalı daha da artır:

 

“Bu zaman şişin böyüməsi, inkişafı, digər qonşu orqanlara yerdəyişməsi halı ilə də qarşılaşa bilirik. Müayinə zamanı biz uşaqlıq boynunun ölçüsünü, vəziyyətini, hərəkətliliyini, ağrılı və ya ağrısız olmasını yoxlayırıq. Burda patoloji törəmə görürüksə, bu patoloji törəmənin hansı hissəsini gördüyümüzü, onun servikal kanala nə qədər yaxın olmasını müəyyənləşdiririk, polipləri aşkarlayırıq. Bu zaman uşaqlıq boynunun geniş kolposkopiyası aparılır, yaxma götürülür, zəruri müayinələr aparılır”.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev