Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb
09.08.2023 15:46

TƏBİB tərəfindən işğaldan azad olunan Laçın, Füzuli və Zəngilan rayonlarına köçürüləcək ailələrin tibbi müayinələri aparılıb.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, müayinələr "Böyük Qayıdış" layihəsi çərçivəsində icbari tibbi sığorta hesabına vətəndaşlar üçün ödənişsiz əsaslarla icra olunub.

 

Ümumilikdə, 186 ailə (705 nəfər) müayinələrə cəlb olunub. Biokimyəvi laborator analizlər, döş qəfəsinin rentgenoskopiyası (flüoroqrafiya), elektrokardioqrafiya (EKQ), tam abdominal USM müayinələri həyata keçirilib.

 

Müayinələr TƏBİB-in tabeliyindəki Bərdə, Göyçay, Qax, Tərtər, Xaçmaz, Yevlax, Şirvan, Mingəçevir, Sumqayıt, Abşeron, Lökbatan, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Xətai üzrə müvafiq tibb müəssisələrində, eləcə də “Yeni klinika”da təşkil edilib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan bu müayinələrin əsas məqsədi işğaldan azad olunan ərazilərə köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev