Uşaqlarda miqren xəstəliyi olurmu?
09.08.2023 11:11
Böyüklərdə olduğu kimi, uşaqlarda da rast gəlinən baş ağrıları miqren və gərginlik tipli olur. Amma bütün baş ağrıları miqren hesab etmək deyil. Yüksək temperatur, yuxarı tənəffüs yollarının infeksiyası, sinusit, mərkəzi sinir sistemi infeksiyaları, beyin travmaları, hipertaniya da usaqlarda baş ağrılarına səbəb olur.
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin həkim-nevropatoloqu Vüsalə Aşurova məlumat verib.
Həkim bildirib ki, ailədə (atada ya anada) miqren olan hallarda uşaqlarda rast gəlmə ehtimalı daha yüksəkdir. Miqren təkrarlanan baş ağrısıdır. Ağrılar böyüklərdən fərqli olaraq çox vaxt iki tərəfli olur. İşığa, səsə, qoxuya həssaslıq olur, həmçinin kompyuter və televizora çox baxmaq, nizamsız və az yuxu stress və psixi sarsıntılar da miqreni provakasiya edən faktorlardır.
Onun sözlərinə görə, ağrı zamanı uşağı sakit mühitdə, işıqdan, səsdən uzaq durmağa üstünlük verir, çox vaxt yatmaq istəyər və bəzən yuxudan sonra ağrılar sakitləşər. Miqren ağrıları olan uşaqlar daha əsəbi olur, uzun yola çıxan zaman narahatlıq nümayiş etdirirlər. Çox vaxt belə hallarda eyni anda qarında ağrı, qusma və görmə pozuntuları müşahidə olunur. Bəzən hətta baş ağrı olmadan belə qarin ağrı epizodları və eyni anda qusma,iştahsızlıq, urəkbulanma kimi hallar olur ki, buna abdominal miqren deyilir. Bəzən miqren auralı olur. Bu zaman uşaq ağrının başlayacağını əvvəlcədən müxtəlif əlamətlərlə (göz önündə müxtəlif cizgilər, gözdə qaranlıq nöqtələr və parlaq işıq) hiss edir. Ancaq bütün miqren xəstələrində aura olmur. 6 yaşdan kiçik uşaqlar baş ağrısını izah edə bilmir. Şiddətli və səbəbsiz ağlama, yersiz narahatlıq və qusma səbəb kimi göstərilə bilər.
Vüsalə Aşurova vurğulayıb ki, istənilən halda baş ağrı şikayəti zamanı uşaq nevroloji olaraq dəyərləndirilməli, yaşına, atakların sıxlığı və ağrının şiddətinə uyğun müvafiq yardım göstərilməlidir..
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

