Keçmiş təmas xəttində yerləşən rayonlarda psixi sağlamlıq barədə təlim və maarifləndirmə kampaniyaları təşkil olunub  
09.08.2023 09:24
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Ölkə Ofisi TƏBİB-lə birgə avqustun 4-də Ağdam Rayon Mərkəzi Xəstəxanasında, avqustun 7-də Tərtər rayonunda yaşayan əhali arasında maarifləndirmə kampaniyası təşkil edib.
 
Tərtər Rayon Mərkəzi Xəstəxanasından Aztibb.az-a bildirilib ki, kampaniyanın məqsədi əhalinin psixi sağlamlıq və psixososial dəstək ehtiyacları haqqında, habelə münaqişələrin bitməsindən sonra belə şəxslərin və icmaların psixi sağlamlığına və rifahına təsiri haqqında məlumatlılığı və bilikləri artırmaq və bu sahədə mövcud olan stiqmaları azaltmaqdır. Eyni zamanda, TƏBİB psixoloqları tərəfindən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası), həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş, habelə sağlamlıq məhdudluğu olan uşaqların valideynlərinin təməl psixoloji bilik və bacarıqlarının artırılması mövzularında maarifləndirici söhbətlər aparılmışdır.
 
Həmçinin stress, depressiya, təşviş və post-travmatik stress pozuntusu kimi psixi sağlamlıq halları, eləcə də mübarizə mexanizmləri haqqında məlumat əldə etmək istəyən əhali üçün psixoloqlarla ödənişsiz görüşlər təşkil olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır