Yayda hansı qidalara daha çox üstünlük verilməlidir?
08.08.2023 08:22
Yay fəslində havaların isti keçməsi orqanizmdə bir sıra dəyişikliklərə səbəb olur. İsti havada orqanizm bədən temperaturunu sabit saxlamaq üçün tər ifrazını artırır ki, bu da nəticə etibarilə həm maye, həm də elektrolit (əritdikdə elektrik cərəyanı keçirən maddələr) itkisi yaradır.
 
Aztibb.az xəbər verir ki, Bakı Baş Səhiyyə Mərkəzinin 20 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Günel Fətəliyeva yay mövsümündə və havanın isti keçdiyi dövrlərdə duz və duzlu qidaları (şorbalar, kolbasa məhsulları, çipslər və s.) mümkün qədər azaltmağın önəmini bildirib. Onun sözlərinə görə, bu cür qidalar bədəndə yüksək təzyiq və ödem (bədəndə şişkinlik) yaratmaq xüsusiyyətinə malikdir. Ət və ət məhsullarını qızartmaq əvəzinə manqalda bişirməklə ya da soyutma halında qəbul edilə bilər. Salatlar hazırlanarkən mayonez, ketçup kimi yağlı sosların yerinə sirkə, limon suyu, bitki yağı istifadə edilməlidir. Un məmulatlarından hazırlanmış şirniyyatların əvəzinə dondurmalar, meyvə salatları və süddən hazırlanan şirniyyatlara üstünlük verilməlidir. Ümumiyyətlə, isti keçən yay aylarında meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir.
 
Günel Fətəliyeva qeyd edib ki, yay aylarında yağların və karbohidratların qəbulunu azaltmaq məsləhətdir. Həddən çox kalorili qidalanma piy kütləsinin çoxalmasına, çəki artımına, həmçinin insanın halsız və əzgin olmasına gətirib çıxarır. Diabet xəstələrində hipoqlikemiyaya (qan şəkərinin ani düşməsi) çox rast gəlinir ki, bunun da qarşısını almaq məqsədilə yemək aralarında quru meyvələrdən, eyni zamanda ayrandan istifadə etmək məsləhətdir.
 
Terapevt bildirib ki, digər fəsillərlə müqayisədə yay mövsümündə, xüsusən də havanın isti keçdiyi günlərdə maye qəbulunu artırmaq mütləqdir:
 
“Çünki hava isindikcə orqanizm bədən temperaturunu sabit saxlamağa çalışır. Bu zaman isə orqanizm tər ifrazını artırır və nəticədə bədəndə maye itkisi yaranır. Gün ərzində, təxminən 2,5-3 litr su qəbul edilməsi məsləhətdir. İlk seçim əlbəttə ki, sudur. Lakin tərlə həm də elektrolitlər itirildiyindən ayran və mineral sulara da üstünlük verilməlidir. Bununla yanaşı, bitki çayları və təzə çəkilmiş meyvə şirələri də içilə bilər. Çay və qəhvə isə isti və soyuq halda məsləhət deyil. Çünki bunlar qısa müddətə maye ehtiyacını ödəsə də, uzunmüddətli sidikqovucu effektlərinə görə, sonradan maye itkisinə səbəb olurlar. Bundan əlavə, yay mövsümündə qida zəhərlənmələri artdığından ərzaqların son istifadə tarixinə və saxlanma şəraitinə mütləq diqqət yetirilməlidir”.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev