"Məişət zorakılığı və ona qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifəsidir” mövzusunda tədbir keçirilib
07.08.2023 15:43

Sumqayıt Tibb Mərkəzində (STM) "Məişət zorakılığı və ona qarşı mübarizə hər bir cəmiyyətin ümdə vəzifəsidir” mövzusunda tədbir keçirilib.

 

STM-dən Aztibb.az-a bildirilib ki, öncə məişət zorakılığından bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbiri giriş sözü ilə açan STM-in direktoru Səkinə Sadıxova məişət zorakılığının cəmiyyətin ən böyük problemlərindən biri olduğunu bildirib. S. Sadıxova qeyd edib ki, məişət zorakılığın qarşısının alınması insanların təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.

 

Dövlət tərəfindən də bu sahəyə diqqət yetirildiyini vurğulayan S. Sadıxova Milli Fəaliyyət Planının qəbul ediliyini və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

 

Qeyd olunub ki, Sumqayıtda da vətəndaş cəmiyyəti institutları yerli icra qurumları ilə birgə iş aparır.
Sumqayıt Qadın Resurs Mərkəzinin koordinatoru Günel Ələkbərova mövzu ilə bağlı geniş təqdimatla çıxış edib.

 

Bildirilib ki, dünyanın bütün ölkələrində olduğu kimi cəmiyyətimizdə də məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir.

 

Məişət zorakılığı və ya ailədə zorakılıq halları tək bir ailə üçün yox, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.
Vurğulanıb ki, məişət zorakılığı probleminin həlli obyektiv yanaşma, analitik tədbirlərin həyata keçirilməsini tələb edir.

 

Məlumat verilib ki, cəmiyyətimizdə zorakılıq hallarının qarşısının alınması və azaldılması sahəsində təmənnasız olaraq yardım əlini uzadan dövlət orqanları, qeyri-hökumət təşkilatları və digər qurumlar vardır.


“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova isə məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsinin vacibliyindən danışıb.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev