Ana südü ilə qidalanmanın əhəmiyyətinə dair tədbir keçirilib  
06.08.2023 21:27

1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) Neonatologiya şöbəsində tədbir təşkil olunub.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, adıçəkilən şöbənin müdiri, universitetin I Uşaq xəstəlikləri kafedrasının assistenti, dr. Sərxan Elbəyiyev ana südü və körpələri onunla qidalandırmağın əhəmiyyəti mövzusunda təqdimatla çıxış edib: “Ümumdünya əmizdirmə həftəsi ilk dəfə WABA (World Alliance for Breastfeeding Action) tərəfindən Malayziyada təsis olunub. Əsas məqsəd ana və yenidoğulmuşların ölümünün qarşısını almaqdır. ÜST və UNİCEF uşaqları ilk 6 ay ərzində sadəcə ana südü ilə qidalandırmağı məsləhət görür. Bizlər də klinikamızda uşaq dünyaya gətirən analara onların özü və körpələrinin sağlamlığı üçün ana südünün böyük əhəmiyyətini izah edir, onun bir çox müsbət nəticələrini diqqətə çatdırırıq”.

 

Tədbirin davamında TCK-nın Ginekologiya şöbəsinin müdiri, I Mamalıq-ginekologiya kafedrasının professoru Səadət Sultanova, II Uşaq xəstəlikləri kafedrasının assistenti Sevinc Muxtarova çıxış edərək bu mövzuda fikirlərini bölüşüblər.

 

Qeyd edək ki, Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi münasibətilə Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il ölkəmizdə müxtəlif tədbirlər keçirilir. Burada məqsəd körpələrin ana südü ilə qidalandırılmasını təbliğ və təşviq etmək, körpələrin, o cümlədən anaların sağlamlığı baxımından ana südü ilə qidalandırmanın önəmi barədə geniş maarifləndirmə  aparmaqdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır