Ürək çatışmazlığından əziyyət çəkən balaca pasiyent Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub
06.08.2023 14:59

Bir ildən artıq müddətdə ürək çatışmazlığından əziyyət çəkən balaca Zəhra Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Əməkdar həkim, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudovun rəhbərlik etdiyi Mərkəzi Gömrük Hospitalının həkim briqadası tərəfindən əməliyyat olunaraq normal həyata qayıdıb.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, balaca pasiyent Mərkəzi Gömrük Hospitalına ürək çatışmazlığının sonuncu mərhələsində olmaqla, ağırlaşmış, gecikmiş fəsadlarla bir ay əvvəl başqa bir xəstəxananın Reanimasiya şöbəsindən daxil olmuşdu. Hospitala qəbul ediləndə qarnında litrlərlə maye olmuşdur.

 

Çarəsiz qalmış ailənin üzvləri son ümid yerinin Mərkəzi Gömrük Hospitalının həkimləri olduğunu söyləyir, uşağın həkim müdaxiləsindən sonra yaşayacağına inanırdılar. Risk çox yüksək olsa da, Zəhra ard-arda 3 dəfə əməliyyat olunur və bu əməliyyat uğurla nəticələnir. Əməliyyatlardan bir gün sonra balaca Zəhra ailəsinə qovuşur.

 

Rəşad Mahmudov Zəhranın uğurlu əməliyyatlarından danışaraq, deyib: "Hər şeyi itirmək olar, yetər ki, ümidlərimiz tükənməsin və istənilən çətinlikdə sonuna qədər mübarizədən əl çəkməyək. Çünki bəzən biz həkimlər ətrafın reaksiyasından, cəmiyyətin yanaşmasından çəkinərək doğru bildiyimizi belə etmirik, çəkinirik. Bu isə zaman içində bizə ən çox ehtiyacı olan xəstələrə yox, sadəcə rahat xəstələrə kömək etməyimizə səbəb olacaqdır. Həkimlik sənəti müqəddəs olduğu qədər də çətin və məsuliyyətlidir. Əsas odur ki, istənilən işin sonunda vicdanının və Allahın hüzurunda bu sözləri rahatlıqla deyə biləsən; "mən bilgi və bacarığım daxilində xəstəmə əlimdən gələnin ən yaxşısını etdim və ya ən doğru məsləhəti verdim".

 

Bu gün bir insan ölümdən döndü, həyata qayıtdı. Yüksəkixtisaslı həkimlərimizin sayəsində bir körpə öz sağlamlığına qovuşdu. Yaşamaq gözəldir, yaşatmaq isə ondan da gözəl! Nə xoş ki, bu gün insanların sağlamlığı keçiyində belə həkimlərimiz durur…

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev