İndiyədək 723 nəfər əlilliyi olan şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib
06.08.2023 08:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən indiyədək 723 nəfər əlilliyi olan şəxsə səyyar reabilitasiya xidmətləri göstərilib.

 

Agentlikdən Aztibb.az-a bildirilib ki, mərkəzlər tərəfindən səyyar formada göstərilən reabilitasiya xidmətlərinə həkim və psixoloq müayinəsi, loqoped seansı, müalicəvi masaj, müalicəvi bədən tərbiyəsi, eləcə də, əmək terapiyası daxildir.

 

Səyyar xidmətdən yararlanmaq istəyən əlilliyi olan şəxs və ya onun qanuni nümayəndəsi Nazirliyin "142 Çağrı Mərkəzi"nə yaxud yaşayış yeri üzrə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməlidir.

 

Şəxsin reabilitasiya potensialını müəyyən etmək məqsədi ilə müvafiq mərkəzin ixtisaslı həkim və psixoloqlarından ibarət səyyar briqada tərəfindən onun yaşadığı ünvanda ilkin müayinə və qiymətləndirilmə aparılır, diaqnoz və göstərişlərə uyğun olaraq səyyar xidmətə dair rəy verilir. Vətəndaşın faktiki vəziyyəti səyyar xidmətə cəlb edilən diaqnozlara uyğun olduğu halda mütəxəssislər tərəfindən fərdi reabilitasiya proqramı tərtib edilir, icra olunacaq prosedurların tarixi, sayı və müddəti müəyyən edilir.

 

Səyyar xidmətin əsas məqsədi yaşayış yerini tərk etməkdə və nəqliyyatdan istifadədə çətinlik çəkən əlilliyi olan şəxslərə evdə reabilitasiya xidmətinin göstərilməsi, reabilitasiya xidmətlərinə əlçatanlılığın artırılması, həmçinin, reabilitasiya prosesində əldə edilən nəticələrin davamlılığının təmin edilməsi, növbəliliyin azaldılmasıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır