TƏBİB aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
06.08.2023 10:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Müraciətlərlə iş departamentinin Ümumi şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

 

Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, tələb olunan bilik, təcrübə və bacarıqlar:

• Ali təhsil – Humanitar ixtisaslar üzrə (Filologiya arzuolandır);
• Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office – sərbəst.

 

Qanunvericilik üzrə biliklər:

• “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”;
• Kargüzarlıq işləri və elektron sənəd dövriyyəsi ilə bağlı peşəkar təlimlər arzuolunandır.

 

Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:

• Komanda da işləmə bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• İntizamlılıq;
• Nəticəyönümlülük.

 

İşin təsviri:

• Sənəd dövriyyəsinin müvafiq kitablarda və Elektron Sənəd Dövriyyəsi Sistemində (ESDS) qeyd edilməsi işinə nəzarət;
• Sənədlərin icra vəziyyəti ilə bağlı sorğuların qəbul edilməsini, araşdırılmasını və cavablandırılmasının həyata keçirilməsi;
• Şöbənin hesabatlarının və statistik məlumatlarının hazırlanmasında iştirak;
• TƏBİB-in tərkibinə daxil olan müəssisə və təşkilatlara şöbənin fəaliyyət istiqamətinə uyğun məsələləri ilə bağlı metodiki köməkliklərin göstərilməsi;
• Kargüzarlıq, elektron sənəd dövriyyəsi və arxiv işinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin, proqramların, normativ hüquqi aktların, təlimatların və təqdimatların hazırlanmasında iştirak;
• Müvafiq layihələr üzrə TƏBİB-in müxtəlif işçi qruplarında və komissiyalarının tərkibində iştirak;
• İş xüsusiyyətindən asılı olaraq müvafiq məlumatları bölüşmək və əldə etmək;
• Şöbənin fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
• Şöbənin fəaliyyətinə dair müvafiq sahə üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək;
• Daxil olan sənədlərin qeydiyyatına nəzarət və aidiyyəti üzrə rəhbərin dərkənarına təqdim etmək;
• Struktur bölmələri tərəfindən hazırlanmış sənədlərin düzgün tərtib olunmasına nəzarət etmək;
• Ümumi şöbəyə aid sənədlərin tərtib edilməsi;
• Tələb olunduğu halda daxil olan sənədlərin qeydiyyatı və icra statusu barədə məlumatın verilməsi;
• Sənədlərin yoxlanılması, korreksiyası, tərtibatı və müvafiq üslubda yazılmasını bacarmaq.

 

Əlavə qeydlər:

• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

• Vakansiyaya son müraciət tarixi: 25.08.2023;
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Ümumi şöbənin aparıcı məsləhətçisi” yazaraq göndərmələri xahiş olunur.

 

Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır