Gəncə Şəhər Birləşmiş Xəstəxanası müasir avadanlıqlarla təchiz edilir
05.08.2023 08:56

TƏBİB-in tabeliyində olan Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yeni müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilməsi davam edir.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, bu dəfə Uşaq xəstəxanasında çoxunksiyalı ultramüasir LOR-kombayn avadanlığı quraşdırılıb. Bütün qulaq-burun-boğaz xəstəliklərinin müayinə və müalicəsində əvəzsiz olan LOR-kombayn artıq vətəndaşların istifadəsinə verilib.

 

LOR-kombayn otorinolarinqologiya kabinetlərinin funskional təchizatı üçün çoxfunksiyalı kompakt cihazdır. Bu cihazın əsas xüsusiyyəti müayinə və müxtəlif müalicəvi-profilaktik prosedurlar həyata keçirmək üçün vacib olan çox sayda alətlərin bir blokda mövcud olmasıdır. İdarəetmənin sadəliyi, bir çox proseslərin avtomat rejimdə həyata keçirilməsi və vaxt itkisini əhəmiyyətli dərəcədə optimallaşdırmaq imkanı LOR-kombaynların üstün cəhətlərindən hesab olunur. Bütün bu cəhətlər günü ərzində çox sayda xəstə qəbul etməyə imkan yaradır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır