Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı Toğrul Piriyev - "Həkimlərimizi tanıyaq!” rubrikası
04.08.2023 11:40

Mərkəzi Gömrük Hospitalının balaca pasiyentlərinə qarşı həssas, mehriban və qayğıkeş uşaq cərrahı Toğrul Piriyevi “Həkimlərimizi tanıyaq!” rubrikasında Sizə təqdim edirik.

 

O, 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib, 2010-2011-ci illərdə Mərkəzi Klinikada uşaq urologiyası ixtisası üzrə internatura təhsili alıb. 2017-2019-cu illərdə Türkiyədə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində Uşaq cərrahiyyəsi və uşaq urologiyası ixtisası üzrə ixtisasartırma kursu keçib.

 

Toğrul həkim əmək fəaliyyətinə 2011-ci ildə N saylı Hərbi hissədə həqiqi hərbi xidmətdə olarkən başlayıb və 2013-cü ilə qədər orada çalışıb. O, 2014-2019-cu illərdə özəl tibb müəssisələrində uşaq cərrahı işləyib, 2023-cü ildən etibarən isə Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi fəaliyyət göstərir.

 

Həkim Mərkəzi Gömrük Hospitalında uşaqlarda anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri; həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12 barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri; uşaqlarda təcili vəziyyətlər, appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmaların müalicəsini həyata keçirir. 

 

Toğrul Piriyev öz üzərində çalışan, biliklərini artıran, beynəlxalq təcrübədən yararlanan, öz sahəsinə dair ən yeni nailiyyyətləri izləyən və praktikada tətbiq edən uşaq cərrahıdır. O, 2022-ci ildə Türkiyədə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində Uşaq cərrahiyyəsi və uşaq urologiyası kafedrasında ixtisasartırma kursu keçib, həmin ildə Azərbaycan Elmi Tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə I Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb Bacıları konqresində iştirak edib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır