Mərkəzi Gömrük Hospitalında beynəlxalq şirkətlərin nümayəndələri ilə görüş keçirilib
04.08.2023 09:20

Mərkəzi Gömrük Hospitalında "Roxall Medizin" və "KombiMED" beynəlxalq şirkətlərinin əməkdaşları ilə görüş keçirilib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, görüşdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Səbinə İbrahimova, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, o cümlədən Qazaxıstanda çalışan həkim pediatr, allerqoloq-immunoloq, Astana Universitetinin uşaq xəstəlikləri kafedrasının assistenti, Avstriyanın HVD şirkətinin Qazaxstan və Özbəkistan üzrə ölkə meneceri Oksana Usseinova, Almaniyanın Dortmund şəhərində fəaliyyət göstərən həkim, beynəlxalq "KombiMED" şirkətinin təsisçisi və direktoru Pavel Komar və Almaniyanın Hamburq şəhərində çalışan otorinolarinqoloq və allerqoloq, klinik tədqiqatlar üzrə mütəxəssis, "Roxall Medizin" şirkətinin ambassadoru və beynəlxalq elmi klinik tədqiqatlar üzrə direktoru Elşən Ağayev iştirak ediblər.

 

Görüş zamanı Mərkəzi Gömrük Hospitalı ilə "Roxall Medizin" və "KombiMED" beynəlxalq şirkətləri arasında əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb. Həmçinin hər iki şirkətin allerqologiya və immunologiya sahəsində olan beynəlxalq təcrübəsinin nəzəri və praktiki istiqamətlərinin Mərkəzi Gömrük Hospitalının tibb personalının bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəldilməsinin vacibliyi vurğulanıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Beynəlxalq elmi arenada Azərbaycan imzası: Turner sindromunda uğurlu böyrək transplantasiyası
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Laçın RMX-da təlim: “Uşaqlarda qastroenteritlərin düzgün diaqnostikası və müalicəsi”