İlk dəfə gənc qan donorları arasında idman yarışı keçiriləcək
03.08.2023 16:15

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin (AQDİM) İdarə Heyətinin sədri Fuad Rəsulu və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının Avrasiya və Azərbaycan nümayəndəliyinin, Kəndirlə Mübarizə İdmanı Cəmiyyətinin prezidenti Elnur Şıxəliyevi qəbul edib.

 

Bu barədə Aztibb.az-a AQDİM-dən xəbər verilib.

 

Görüş zamanı Fuad Rəsul rayon gəncləri arasında qan donorluğunun təbliğatının aparılmasında və gücləndirilməsində, həmçinin yaxın günlərdə ilk dəfə gənc qan donorları arasında baş tutacaq idman yarışının ərsəyə gəlməsində göstərilən dəstəyə görə başçıya təşəkkürünü bildirib.

 

Qeyd edək ki, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin əsas məqsədi Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və özəl sektorları ilə qan donorluğu sahəsində yaxından əməkdaşlıq etmək, eyni zamanda Bakı və regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək verməkdir. Həmçinin irsi qan xəstəliyi ilə bağlı gənclər arasında təbliğatın gücləndirilməsi qurumun əsas vəzifələrindəndir. 

Xatırladaq ki, qanvermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır