Naxçıvanın tibb müəssisələrində səhiyyənin idarəetmə informasiya sistemi qurulub 
03.08.2023 10:20

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə muxtar respublika xəstəxanasında əməkdaşlığın inkişafı və çatışmazlıqların müzakirəsinə həsr edilmiş tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a Naxçıvan Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Tədbirdə Səhiyyə Nazirliyinin aparat rəhbəri Vüsal Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Elnur İbrahimov, “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüququ şəxsin direktoru Fehruz Zehirov çıxış edərək keyfiyyətli və sürətli tibbi xidmətin göstərilməsi üçün birgə əməkdaşlığın zəruriliyindən danışıblar.

 

Agentliyin əməkdaşları Aysel Mikayılova və Qadir Rəfiyev çıxış edərək bildiriblər ki, icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrində səhiyyənin idarəetmə informasiya sistemi qurulub və sığorta olunanlara göstərilən tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərindən aparılır.

 

Tədbirdə medikal informasiya sisteminin təkmilləşdirilərək bəzi dəyişikliklərin edilməsi, sistemdə olan boşluqlar, yaranmış nöqsanlar, yeni modulların yaradılması geniş müzakirə edilib. Qeyd olunub ki, icbari tibbi sığortanın işinin düzgün təşkilində şəffaf maliyyələşmə mexanizminin yaradılması əsasdır. Bunun üçün isə tibb müəssisələrində hesabatların dəqiqliyi təmin edilməlidir.

 

Agentliyinin əməkdaşları həkimlərin hesabatlarında olan nöqsanları vizual olaraq izah edərək çatışmazlıqların hesablamalara ciddi təsir etdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, hədəfimiz tibb müəssisələrində icbari tibbi sığorta işinin təşkili prosesinin şəffaflıq və operativlik gözlənilməklə qurulması, aylıq hesabatların vaxtında və dəqiq yerinə yetirilməsidir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır