Agentliyin “1542” Çağrı mərkəzi 94%-dən çox zəng qəbul edib
03.08.2023 08:20

2023-cü ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 125 768 zəng daxil olub.

 

Aztibb.az-a Agentlikdən verilən məlumata görə, Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 26 833, əlillik məsələləri ilə bağlı xəttinə 7888, göndərişlərin verilməsi ilə bağlı xəttinə 8547, koronavirusla bağlı xəttinə 1531, operator ilə əlaqə xəttinə isə 80 969 zəng daxil olub.

 

Bu müddət ərzində Çağrı mərkəzinə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:

- Müayinə və müalicə ilə bağlı - 52 790 müraciət

- Dərman və tibbi sərflə bağlı – 9142 müraciət

- Tibbi sənədlərlə (tibbi arayışlar, ölüm haqqında şəhadətnamə və s.) bağlı - 6188 müraciət

- Təcili tibbi yardım xidmətinin təmin edilməsi ilə bağlı - 3061 müraciət

- Vətən müharibəsi iştirakçılarının xidmət alması ilə bağlı - 1631 müraciət

 

Qeyd edək ki, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Sözügedən müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 2269 zəng daxil olub.

 

Yanvar-iyun ayları ərzində ümumilikdə daxil olan zənglərin 94.81%-i cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 92.40% təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydalarında müəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90% və 80%) aşıb.

 

Onu da qeyd edək ki, “1542” Çağrı mərkəzinə nahar və ya gecə vaxtı daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur. Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) zəng sifarişi funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür.

 

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilir və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılırlar.

 

Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 5 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.

ÇOX OXUNANLAR
Cəbrayılda “Göz sağlamlığı gələcəyimizdir” adlı tibbi aksiya keçirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qobustanda 85 yaşlı pasiyent üzərində yüksək riskli cərrahi əməliyyat uğurla icra olunub   
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
Mərkəzi Klinika ASCVTS-in 34-cü illik konfransında təmsil olunub
Rəşad Şolan “Nefrologiya və böyrək transplantasiyasında klinik təcrübələr və gələcək perspektivlər” adlı elmi-praktiki konfransda çıxış edib
 Naxçıvanda orta tibb işçiləri üçün vakansiya elan olunub   
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
Azərbaycan EMT Qrupu yoxlama aparmaq üçün Türkiyəyə gedib
Səhiyyə Nazirliyinin nümayəndələri Özbəkistanda beynəlxalq forumda iştirak ediblər  
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Uzman uşaq cərrahı Vüsal Cəfərov AZTV-nin “TeleSəhər” proqramına müsahibə verib
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir