Ekspress narkoloji müayinələrin aparılmasına dair təlim keçirilib
01.08.2023 09:59
Bakı Baş Səhiyyə Mərkəzində (BBSM) ekspress narkoloji müayinələrin aparılmasına dair təlim keçirilib.
BBSM-dən Aztibb.az-a bildirilib ki, təlimdə Mərkəzin müvafiq departament, şöbə rəhbərləri və əməkdaşları, o cümlədən narkoloji müayinələrin həyata keçirildiyi şəhər poliklinikalarının həkim-laborantları iştirak ediblər.
Mərkəzin Ailə həkimliyinin inkişafı şöbəsinin mütəxəssisi Şəbnəm Həsənova narkoloji müayinələrin aparılması, diqqət ediləsi əsas məqamlar, müayinələrdən öncə aparılan profilaktik söhbətlər və s. istiqamətlər üzrə təlim iştirakçılarına məlumatlar verib.
Ş.Həsənova bildirib ki, son dövrlər geniş yayılmış narkomaniyanın vaxtında aparılmış müayinələr və qabaqlayıcı tədbirlərlə qarşısını müəyyən qədər almaq mümkündür:
“Rəsmi statistikalardan da görünür ki, son illərdə ölkəmizdə narkotik vasitə və psixotrop maddələrdən istifadə halları artıb. Lakin müvafiq dövlət strukturları tərəfindən atılan qətiyyətli addımlarla narkotik maddələrdən asılılığın qarşısı xeyli alınıb. Bu istiqamətdə hüquq-mühafizə orqanları və digər dövlət qurumları ciddi tədbirlər görür. Narkotik vasitə və psixotrop maddə istifadəçilərinin aşkarlanaraq məsuliyyətə cəlb edilməsi üçün də uğurlu işlər görülür. Bu işdə tibb işçiləri də ayıq-sayıq davranmalıdır. Bunun üçün müayinələr düzgün şəkildə aparılmalı və zamanında tədbirlər görülməlidir”.
Mütəxəssis həmçinin, həkim-laborantlara narkoloji müayinələrdən öncə aparılan sorğular barədə məlumat verib. Ş.Həsənova müayinələrdən əvvəlki 1 həftə ərzində hansı dərman preparatlarından istifadə edilməsi, orqanizmdə olan dəyişmələr, yuxu, qida və digər pozuntularla bağlı müvafiq sorğuların keçirilməsinin önəmini xüsusi qeyd edib.
Mərkəzin İxtisaslı tibbi xidmətlərin təşkili şöbəsinin müdiri Aytən Sultanova da bu məsələdə tibb işçilərini diqqətli olmağa çağırıb. Bildirib ki, son zamanlar sosial şəbəkələrdə və mətbuatda xüsusən taksi sürücülərinin narkotik maddənin təsiri altında avtomobil idarə etmələrini əks etdirən görüntülər yayılır. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində həmin şəxslər qısa zamanda aşkar olunur və lazımi tədbirlər görülür. Bu prosesdə tibb işçilərinin, həkim-laborantların üzərinə də böyük məsuliyyət düşür: "Ekspress narkoloji müayinələrin aparılmasına dair bütün qaydalara ciddi əməl olunmalı, bu istiqamətdə diqqəti artırmalıyıq".
İnteraktiv formada baş tutan təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

