Qaraciyər və böyrək transplantasiyasında donor seçimi
01.08.2023 09:33
Qaraciyər transplantasiyası, qaraciyər köçürülməsi donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin resipiyentə – qaraciyər patologiyalı xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatıdır.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin cərrah-transplantoloqu Kamran Beydullayev bildirib ki, qaraciyər transplantasiyasını tələb edən hallar əsasən anidən inkişaf edən kəskin və xroniki olaraq iki hissəyə ayrılır:
"Kəskin qaraciyər çatışmazlığı: Qaraciyər transplantasiyasını tələb edən prioritet xəstə qrupudur, çünki bu xəstələr sağalmazlarsa, ölə bilərlər. Bu vəziyyətdə olan xəstələrin xəstəliyinin gedişatının necə davam edəcəyini təxmin etmək çox çətin olduğundan, həmin xəstələr zəruri hallarda dərhal qaraciyər köçürə biləcək orqan transplantasiyası mərkəzinə yönləndirilməlidirlər.
Xroniki qaraciyər çatışmazlığı (sirroz): Sirrozla yanaşı sarılıq, varikoz qanaxmalar, assit - qarın boşluğunda maye toplanması, ensefalopatiya, sirrozla əlaqədar böyrək xəstəliyi, infeksiya və qanaxma pozğunluqları kimi kliniki əlamətlər transplantasiyanı tələb edir".
Kamran Beydullayevin sözlərinə görə, qaraciyər transplantasiyasının çox önəmli hissələrindən biri də qan alıcı ilə vercinin qan qrupunun uyğun olmasının vacibliyidir. Ailə üzvlərindən və ya yaxınlardan kimsə qaraciyərinin bir hissəsini xəstəyə bağışlaya bilərsə, həmin qaraciyərin bir hissəsi alıcıya transplantasiya edilir. Canlı donor, alıcının qan qohumu olmaya bilər, amma qan qrupu mütləq uyğun olmalıdır. Donor sağlam vəziyyətdə olmalıdır və orqan bağışlanmasını könüllü həyata keçirməlidir.
Transplantoloq qeyd edib ki, donor xəstə üçün uyğundursa, donor dəyərləndirilməsi həyata keçiriləcək. Donor dəyərləndirilməsi bitdikdən sonra transplantasiyanın həyata keçirilib-keçirilməməsi məsələsinə həkimlər qərar verəcək. Çox vaxt canlı donor uşaq xəstələr üçün yeganə çıxış yolu olur. Təcili hallarda qan qrupu uyğun olmayanlar arasında da transplantasiya həyata keçirilə bilər, amma bu zaman qaraciyər ölçüsünün uyğun olması vacibdir.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

