“Horizon Avropa” proqramı üzrə layihə təkliflərinin yazılmasına dair təlim keçirilib
01.08.2023 08:24

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Horizon Avropa” proqramı çərçivəsində təqdim olunan proqramların istiqamətləri və açıq çağırışlar üzrə maarifləndirici seminar keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva ölkəmizin elmi potensialının dünyada tanıdılmasına şərait yaradan “Horizon Avropa” proqramı kimi nüfuzlu layihələrdə alimlərimizi yaxından iştirak etməyə dəvət edib, maliyyələşdirmə imkanları, partnyorlarla əlaqələrin qurulması, tədbirlərdə və konfranslarda iştirak, elmi-tədqiqat qrant layihələrinə müraciət, mövcud imkanlar, Marie Skłodowska-Curie Actions (MSCA), COST və Tibb üzrə işçi proqramları, iştirakçılardan gözləntilər, Azərbaycan üçün təqdim olunan imkanlar haqqında ətraflı məlumat verib.

 

İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov isə “Horizon Avropa” proqramının 2023-2027-ci illər üçün iş proqramı, çağırışların müəyyənləşdirilməsi, layihə təkliflərinin yazılma qaydası, qiymətləndirmə meyarları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.

 

Sonda ekspertlər institut əməkdaşlarının çoxsaylı suallarını cavablandırıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır