Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı Fikrət Zərgərli - "Dahi təbiblər" rubrikası
31.07.2023 10:20
"Dahi təbiblər" rubrikasında Azərbaycanda ilk ürək cərrahiyyəsi məktəbinin yaradıcısı, tibb elmləri doktoru, professor Fikrət İsmayıl oğlu Zərgərli haqqında məlumatları təqdim edirik. 
 
Aztibb.az xəbər verir ki, o, 1929-cu ildə Bakı şəhərində anadan olub. 1947-ci ildə 6 nömrəli məktəbi gümüş medalla bitirib və N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1949-cu ildə İ.M.Seçenov adına Moskva Tibb İnstitutuna keçib, həmin tibb müəssisəsini fərqlənmə diplomu ilə bitirib.
 
F.Zərgərli 53 nömrəli Moskva Şəhər Xəstəxanasında təcili cərrahiyyə üzrə növbətçi cərrah vəzifəsində çalışıb. Daha sonra, 1967-ci ildə öz fəaliyyətini A.L.Myasnikov adına Elmi-Tədqiqatlar İnstitutunda ürək cərrahiyyəsi bölməsinin rəhbəri kimi davam etdirib.
 
1968-ci ildə "Fallo kompleksinin cərrahiyyə müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Həmin dissertasiya ən ağır və geniş yayılmış anadangəlmə ürək qüsurlarından birinə həsr olunub. Alim 150-dən çox elmi əsərin və məqalələrin müəllifi olub.
 
Fikrət Zərgərli məşhur akademik B.V.Petrovski tərəfindən aparılan dünyada ilk əməliyyatlardan sayılan ürək anevrizması əməliyyatında yaxından iştirak edib.
 
Azərbaycan SSR-nin Səhiyyə Nazirliyinin dəvəti ilə 1976-ilin oktyabr ayında Fikrət Zərgərli Bakıya qayıdıb. 1978-ci ildən etibarən Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olub, qısa müddətdə istedadlı alim Azərbaycanda nümunəvi cərrahi şöbə yaradıb, ürəyin ritm pozulmalarını, anadangəlmə və qazanılmış ürək qüsurlarının cərrahi üsulla müalicə metodlarını işləyib hazırlayıb.
 
Tanınmış həkimin bacarığına, istedadına, biliyinə inanan xəstələr məhz Fikrət Zərgərli tərəfindən müalicə almaq üçün Sovetlər birliyinin digər respublikalarından Azərbaycana gəlib burada şəfalarını tapıblar. 
 
F.Zərgərli 1984-cü ildə 54 yaşında Bakı şəhərində vəfat edib.
 
TƏBİB
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev