Naxçıvan Perinatal Mərkəzində təcrübə mübadiləsi aparılıb  
28.07.2023 08:54
Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində təcrübə mübadiləsi aparılıb.
 
Aztibb.az-ın xəbərinə görə, tədbirdə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzində çalışan həkim mama-ginekoloqlar və neonatoloq həkimlər iştirak ediblər.
 
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsin direktor vəzifəsini icra edən Ülkər Bayramova, baş həkimi və direktorun müavini Kifayət Məmmədova çıxış edərək, əhalinin sağlamlığının qorunması, mama-ginekoloji xidmətin keyfiyyətinin artırılması, burada çalışan tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəltməsi və praktiki bacaraqlarını təkmilləşdirməsi baxımından tədbiri yüksək qiymətləndiriblər.
 
Təcrübə mübadiləsi zamanı Azərbaycan Republikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi, həkim-neonatoloq Lalə Rzayevanın “İstilik zənciri. Döşlə əmizdirmə siyasəti”, mama-ginekoloq Şəhla Əsgərovanın “Antenatal qulluq” və mama-ginekoloqu Kifayət Adıgözəlovanın “Zahılıq dövründə qanaxmalar” mövzusunda məruzələrlə çıxış ediblər.
 
Mama-ginekologiya və neonatologiya sahələrində fəaliyyət göstərən həkimlərin peşəkar bilik və bacarıqlarının artırılması, həmçinin təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın qurulması məqsədi ilə təşkil olunan tədbirdə müasir müalicə üsullarından da söz açılmış, hamiləlik zamanı xromosom xəstəlikləri və döldəki ürək qüsurlarının diaqnostikası, doğulan xromosom xəstəlikli uşaqların müalicəsi, nevroloqun nəzarəti və irsi keçən xəstəliklər zamanı həkim genetiklərin rolu barədə səmərəli müzakirələr, fikir mübadiləsi aparılıb.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev