Naxçıvanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib
27.07.2023 15:35
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
 
Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib ki, nazirliyin aparat rəhbəri Vüsal Məmmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüsal Məmmədov və Agentliyin əməkdaşları çıxış etmiş və tədbirin keçirilməsinin zəruriliyi və məqsədlərindən danışılıb.
 
Tədbir iştirakçılarına məlumat verilib ki, icbari tibbi sığortanın tətbiqində iştirak edən tibb müəssisələrində “Səhiyyə informasiya idarəetmə sistemi” qurulmuş və sığorta olunanlara göstərilən tibbi xidmətlərə dair hesabatlılıq proqram təminatı üzərində aparılmaqdadır. Bu sistemin təkmilləşdirilərək tam mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi, sistemdə olan boşluqlar, yaranmış bir sıra nöqsanlar, yeni modulların yaradılması və bir sıra dəyişikliklərin edilməsi geniş müzakirə edilib. Xüsusilə qeyd olunub ki, icbari tibbi sığortanın başlıca funksiyası və əsas məqsədi tibb müəssisələrinin düzgün hesabatlılığı və şəffaf maliyyələşmə mexanizminin yaradılmasından ibarətdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları həkimlərin hesabatlarında olan nöqsanları əyani şəkildə ekranda göstərərək, tələb olunan maliyyə vəsaitlərinin buna görə azaldılaraq tibb müəssisəsinə ödənildiyini həkimlərin nəzərinə çatdırılıb. Tibbi ekspertiza qaydaları qanunvericiliyə uyğun olaraq təqdimat şəklində tədbir iştirakçılarına izah edilib. Tədbir diskussiya ətrafında davam etdirilib və həkimlərin sualları cavablandırılıb. Tədbir növbəti günlərdə təlim formasında təqdimatla və əyani olaraq davam etdiriləcəkdir.
 
Qeyd edək ki, hesabatlılığın formalaşması və elektronlaşmanın tam təmin olunması ilə bağlı tədbirlər Agentliklə müqaviləsi olan digər dövlət tibb müəssisələrində də davam etdiriləcəkdir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır