“Bütün vücudlar danışır” adlı sosial layihə həyata keçirilib
27.07.2023 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və “DanceAbility Azərbaycan” İnklüziv Rəqs Şirkətinin birgə təşkilatçılığı ilə “Bütün vücudlar danışır” adlı sosial layihə həyata keçirilib.
 
Agentlikdən Aztibb.az-a bildirilib ki, əsas məqsədi əlilliyi olan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, inkluzivlik, bərabərlik və müyəssərlik meyarlarının artırılması olan layihədə Agentliyin Sumqayıt Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən 20-ə yaxın əlilliyi olan şəxs, o cümlədən onların ailə üzvləri və Mərkəzin əməkdaşları iştirak ediblər.
 
Su İdman Sarayında keçirilən tədbirdə əlilliyi olan şəxslərə “DanceAbility” medotu ilə təhlükəsiz və qərəzsiz mühit yaratmaq, insanlara vücud vasitəsilə öz emosiyalarını ifadə etmək, həmçinin empatiya əsaslı ünsiyyət və münasibət qurmağın yolları barədə praktiki təlimlər keçirilib. Həyata keçirilən inkluziv proqram əlilliyi olan şəxslərin yeni bacarıqlarının formalaşması, eləcə də onların sosiallaşması üçün şərait yaradır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır